Ukrayna Ali Radasının deputatı Valeri Davidenko Kiyevdəki ofisində ölü tapılıb.
Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko məlumatı təsdiqləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını (qətl, intihar, səhnələşdirmə və s.) yoxlayacaq.
Polis əməkdaşları “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırıb. Hadisə yerində istintaq işləri gedir.