Xarkovda yaşayan 72 yaşlı ukraynalı alim “Şahid” PUA-larının təkmilləşdirilməsində Rusiyaya yardım edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, rusların sifarişi əsasında alim dronları təkmilləşdirmək üçün çertyojlar hazırlayıb. Alim xüsusilə mühərriklərin və katapult qurğularının modernləşdirilməsi üzərində işləyib.
O, çertyojları öz dostuna, “Şahid”lər üçün qurğular istehsal edən Rusiya maşınqayırma zavodlarından birinin baş direktoruna ötürürmüş.
Hazırda alim Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.