Dünya birliyi Rusiyanın döyüş meydanında strateji məğlubiyyətinə qarşı hər hansı alternativ ssenari seçərsə, bu, ona baha başa gələcək.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Artıq aydındır ki, Rusiyanın döyüş meydanında strateji məğlubiyyəti, ardınca qoşunların tələsik çıxarılması və daxili siyasi transformasiyanın başlamasına qarşı istənilən “alternativ” bu gün Ukraynaya birbaşa dəstəkdən daha baha başa gələcək”, – Podolyak vurğulayıb.