Ukraynadan vətəndaşlarına çağırış: Rusiya vətəndaşı olun!

Ukraynadan vətəndaşlarına çağırış: Rusiya vətəndaşı olun!

Rusiyanın nəzarətində olan ərazilərimizdəki ukraynalıların yaşamaq üçün bu ölkənin vətəndaşlığını qəbul etməsi tövsiyə olunur.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Dmitri Lubinets deyib.

“Həyatda qalmaq üçün Rusiya pasportunu götürməyi tövsiyə edərdim. Həyatda qalmaq üçün verilən qərardır. Bu, ən əsasdır”, – deyə o bildirib.

Lubinets qeyd edib ki, hazırda Ukrayna hakimiyyəti ukraynalılara gələcəkdə Rusiya pasportundan imtina etməyə imkan verən qanun layihəsi hazırlayır.

Teqlər: