Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda Çonqar körpüsünə endirdiyi raket zərbəsi kifayət qədər uğurlu olub.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Roman Svitan deyib.
“Dəmir yolu körpüsünün vurulması çox vacibdir, çünki əsas daşımalar dəmir yolu ilə həyata keçirilir. Kerç, Jankoy vasitəsilə Çonqar körpüsünə, daha sonra Melitopola doğru bir xətt var. Hərbi yüklərin də əsas hissəsi dəmir yolu ilə gedir”, – ekspert bildirib.
Svitanın sözlərinə görə, bu dəmir yolunu təmir etmək çox çətindir:
“Budaq səthdədirsə, onu yarım günə bərpa etmək olar. Ancaq dəmir yolu körpüsünə daxil olan budaq zədələnirsə, körpünün özünü dəyişdirmək lazımdır. Bu isə müəyyən zaman alır”.