Ukraynadan təxliyə üçün müraciət edənlərin həmsərhəd ölkələrlə Azərbaycana gətirilməsi planlaşdırılır

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi
Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları
və diaspor fəalları ilə sıx əlaqədədir.

Komitədən AzerTimes-a verilən
məlumata görə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan
operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə
olunmaq üçün müraciət edib. Onların arasında Ukraynada təhsil alan
azərbaycanlı tələbələr də var.

Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə
Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət
Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün
Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə
koordinasiyalı şəkildə fəaliyyət göstərir.

Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan
soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna
Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97
070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə
əlaqə saxlaya bilərlər.

Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin
etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.

Teqlər: