Ukraynadan təxliyə olunmuş 168 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Xəbər - Fərid Zöhrabov – Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar təxliyə olunmuş daha 168
Azərbaycan vətəndaşı Bakıya gətirilib.

Trend xəbər verir ki,
üçüncü çarter reysi bu gün saat 9:20 radələrində Heydər Əliyev
Beynəlxalq Hava Limanına eniş edib.

Təxliyə olunanların əksəriyyəti qadın və uşaqlardır.


Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycana
ümumilikdə 510 nəfər təxliyə olunub.

Teqlər: