Ukraynadan təxliyə edilən daha 180 Azərbaycan vətəndaşı Bakıya
gəlib.
AzerTimes-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində deyilir.
“Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkəni tərk edən
Azərbaycanlılar, Polşa ərazisindən həyata keçirilən AZAL-ın çarter
reysi ilə, aralarında 6 körpə olmaqla, 180 sərnişin ölkəyə gəlib.
İndiyədək baş tutan 8 çarter reysi ilə 1475 həmvətənimiz
Azərbaycana gəlib”, – deyə məlumatda bildirilir.