Xəbər - Fərid Zöhrabov – Trend:
Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyyə edilmiş
azərbaycanlı sürücülərin sayı 19-a çatıb.
Bu barədə Trend-ə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından
(ABADA) məlumat verilib.
Məlumata görə, səhər saatlarında Odessa şəhərində cəmləşən 12
yük maşını Moldovaya yola düşüb. Bu saatlarda isə Odessa limanı
ərazisindəki 5, Çerkassı və Vinnitsa şəhərlərindən isə 2 sürücü
Moldovaya doğru istiqamət alıb. Ötən gün Ukrayna hüdudlarını tərk
edən 6 yük maşını artıq Bolqarıstana çatıb. Bir sürücü isə yükü ilə
bağlı Rumıniya sərhəddindədir.
Twitter:@FaridZohrabov