Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Ukraynadan
təxliyə edilən vətəndaşlara qayıdış şəhadətnamələrinin
rəsmiləşdirilməsinə dair məlumat yayıb.
XİN-in Mətbuat xidməti idarəsindən AzerTimes-a verilən xəbərə görə,
Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq,
Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə
edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz
səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına
qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən
rüsumsuz rəsmiləşdiriləcək.