Ukraynadan taxıl sazişi ilə bağlı açıqlama

Ukraynadan taxıl sazişi ilə bağlı açıqlama

Taxıl sazişi müddətsiz tətbiq edilməlidir.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, Ukrayna dünya ərzaq təhlükəsizliyinin əsas halqalarından biri sayılır:

“Odur ki, biz taxıl sazişinin müddətsiz olmasını və avtomatik olaraq 120 gün uzadılmasını təkid edirik. Təcavüzkarın müqavilə müddətini qısaltmaq cəhdi qlobal ərzaq böhranını daha da dərinləşdirmək üçün manipulyasiyadır. Buna yol verilməməlidir!”

Teqlər: