Ukrayna İsraillə vizasız rejimin ləğvi imkanlarını nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bu barədə “Kiyev Post” məlumat yayıb.
“Əsas səbəb İsrailin Ukraynaya qarşı sistemli qeyri-dost hərəkətləri və beynəlxalq aləmdə faktiki Rusiyayönümlü mövqeyidir. Kiyev həmçinin İsrailin Ukraynaya hərbi yardımla bağlı Ramşteyn formatında keçiriləcək görüşlərdən kənarlaşdırılması təşəbbüsü ilə çıxış edir”, – məlumatda qeyd olunub.