Ukraynadan şok addım: Macarıstan böhranla üz-üzə

Ukraynadan şok addım: Macarıstan böhranla üz-üzə

Ukraynanın Rusiya neftinin öz ərazisindən tranzitini dayandırması səbəbindən Macarıstan enerji böhranı ilə üzləşib.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

“Centre for Eastern Studies” analitik mərkəzinin Macarıstan üzrə eksperti İlon Qizinski nəşrə açıqlamasında deyib ki, Ukraynanın gördüyü tədbirlər çətin vəziyyət yarada bilər:

“Budapeşt cəmi bir neçə həftə ərzində artan enerji qiymətləri və elektrik çatışmazlığı ilə üzləşə bilər. Ölkə yalnız üç ay davam edəcək strateji enerji ehtiyatlarından istifadə etməyə başlamalı olacaq”.

Teqlər: