Tehranın totalitar rejimə etiraz edən öz vətəndaşlarını öldürdüyünü və Rusiya üçün silah maliyyələşdirməsini nəzərə alaraq, İrana daha sərt davranmaq lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Mənə elə gəlir ki, yalnız sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. PUA və ballistik raketlərin istehsal olunduğu zavodlara konkret zərbələr endirmək mümkün olacaq”, – Podolyak bildirib.
O qeyd edib ki, belə bir dövlət cəzasız qala bilməz.