Ukraynadan səfərbərlik açıqlaması: Hazır olmalıyıq!

Ukraynadan səfərbərlik açıqlaması: Hazır olmalıyıq!

Ukrayna səfərbərliyi sürətləndirməmək üçün hər şeyi edir. Ancaq bütün kişilər dövləti qorumaq üçün tapşırıqları yerinə yetirməyə hazır olmalıdırlar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Aleksandr Pavlyuk bildirib.

Onun sözlərinə görə, səfərbərlik planları hələ dəyişməyib, lakin cəbhədəki vəziyyətdən asılı olaraq yenidən baxıla bilər:

“Bu, hər bir insanın vəzifəsidir – öz dövlətini müdafiə etmək, buna hazırlaşmaq və hazır olmaq lazımdır. Biz səfərbərliyi sürətləndirməmək üçün hər şeyi edirik, amma siz özünüz başa düşürsünüz ki, hər şey təcavüzkardan və cəbhədən asılıdır”.

Teqlər: