Son 2 ayda Ukrayna kəşfiyyatçıları Rusiyanın ixrac gəlirinin 55%-ni təmin edən Rusiyanın neft emalı müəssisələrinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidmətinin (SBU) rəhbərlərindən biri bildirib.
“Son iki ayda Rusiyanın bir çox neft emalı zavodu güclü şəkildə zədələnib, bunun sayəsində biz neft məhsullarının ixracını üçdə bir qədər azaltdıq ki, bu da düşmənin hərbi gəlirlərinin 55%-ni təşkil edir. Bu, neft məhsullarının ixracından daxil olan valyuta gəlirləridir”, – SBU rəsmisi vurğulayıb.