Ukraynadan Rusiya ilə bağlı daha bir qərar: Müddət uzadıldı

Ukraynadan Rusiya ilə bağlı daha bir qərar: Müddət uzadıldı

Ukrayna Rusiyadan ölkəyə malların idxalına qoyulan qadağanı bir il müddətinə uzadıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb.

Qərara əsasən, Rusiyanın bəzi mallarının idxalına qoyulan qadağanın müddəti 31 dekabr 2026-cı ilədək uzadılıb. Qadağan olunmuş idxal məhsulları sırasında ət, balıq, qəhvə, çay, şokolad və digər şirniyyat məmulatları, uşaq qidaları, heyvan yemi, spirtli içkilər və siqaretlər yer alıb.

Qeyd edək ki, sözügedən qərar 2015-ci ildən bəri davamlı olaraq yenilənir.

Teqlər: