Ukraynadan Qərbə çağırış…

Ukraynadan Qərbə çağırış…

Ukrayna mümkün qədər tez effektiv raketdən müdafiə sistemini yerləşdirməlidir.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Rusiyalı terrorçular daha bir hərbi cinayət törədiblər. Onlar Ukraynanın bir sıra dinc şəhərlərinə raket zərbələri endiriblər. Bu hücumlar ya Rusiya ərazisinin dərinliklərindən, ya da Belarus ərazisindən və ya Xəzər və Qara dənizlərin sularından həyata keçirilir. Bu, bütün Avropanın təhlükəsizliyi üçün strateji çağırışdır və ona görə də bu çağırışa operativ reaksiya iki hissədən ibarət olmalıdır.

Birincisi, sanksiyaların sərtləşdirilməsidir. Rusiyanın yüksək texnoloji silahların istehsalına və saxlamasına mane olmaqdır. İkincisi, Ukraynada raket əleyhinə müdafiə sisteminin sürətlə yerləşdirilməsidir. Bu, hər bir Avropa şəhəri üçün 500-1000 km məsafədə təhlükəsizlik deməkdir. Bu, Şimali Atlantika Alyansının strategiyasında öz əksini tapmalı olan çox aydın və məntiqli addımdır”, – nazir bildirib.

Teqlər: