Ukraynadan pis durumdayıq, yardımı dayandıracağıq – Fitso

Ukraynadan pis durumdayıq, yardımı dayandıracağıq – Fitso

Slovakiya Ukraynadan qat-qat ciddi problemlər yaşayır, ona görə də Bratislavadan Kiyevə hərbi yardım dayandırılacaq.

AzerTimes xəbər verir ki, bunu respublikanın keçmiş baş naziri, parlament seçkilərində qalib gələn “Smer” partiyasının lideri Robert Fitso bildirib.

“Slovakiyanın Ukraynadan daha ciddi problemləri var.Əgər Smer hökumət qurarsa, sülh danışıqlarının mümkün qədər tez başlaması üçün hər şeyi edəcəyik”,- o bildirib.

Fitso əlavə edib ki, Bratislavadan silah tədarükü dayandırılacaq, lakin o, Kiyevə humanitar yardım göstərməyə davam edəcək.

Teqlər: