Ukrayna Moldovadan idxala qadağa qoymağa hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bildirib.
“Biz Kişinyova məlumat verdik ki, Moldova tərəfindən istənilən məhdudiyyət son dərəcə qeyri-dost addım hesab olunacaq və Moldovadan bütün idxallara dərhal qadağa qoyulacaq”, – Solski vurğulayıb.
Qeyd edək ki, daha öncə Kişinyov Ukraynadan taxıl və yağlı bitkilərin idxalına mümkün məhdudiyyətlər tətbiq edəcəyini bildirib.