Ukraynadan Macarıstana xəbərdarlıq…

Ukraynadan Macarıstana xəbərdarlıq…

Kiyev Budapeştə Ukraynanın Krımsız xəritəsi ilə bağlı videoya görə rəsmi etiraz bəyanatı bildirib.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Macarıstan təxribatlara son qoymalı və BMT, AB və NATO-ya üzvlük çərçivəsində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etməlidir. Krımın Ukrayna ərazisinin tərkibində olmaması Budapeştin Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək barədə bəyanatlarına ziddir”, – bəyanatda bildirilib.

Qeyd edək ki, Macarıstan Krımın Ukrayna ərazisindən kənarda təsvir edərək Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağıran bir video yayımlayıb.

Teqlər: