İranın xarici işlər naziri açıq şəkildə etiraf edib ki, Tehran Ukraynaya genişmiqyaslı müdaxilədən bir neçə ay əvvəl Rusiyaya pilotsuz uçuş aparatları (PUA) təhvil verib. Ancaq daha öncə İran Rusiyaya silah tədarükü həyata keçirdiyini inkar edirdi.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko bildirib.
O qeyd edib ki, Tehran başa düşməlidir ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi cinayətlərdə iştirak etməyin mənfi nəticələri Moskvaya dəstək verən zaman əldə etdiyi faydadan qat-qat böyük olacaq.