Ukrayna hakimiyyəti fevralın sonunda BMT platformasında baş katib Antonio Quterreşin vasitəçiliyi ilə sülh sammiti keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“İstənilən müharibə diplomatik yolla bitir. İstənilən konflikt masa arxasında aparılan danışıqlar və döyüş meydanındakı fəaliyyət nəticəsində bitir. BMT belə sammitin keçirilməsi üçün ən yaxşı platforma ola bilər, çünki hər hansı ölkəyə xidmət göstərməkdən söhbət getmir”, – XİN rəhbəri bildirib.
Kuleba həmçinin əlavə edib ki, Rusiya tərəfi sammitdə iştirakdan öncə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir.