Ukraynadan İl-76 açıqlaması: Təhlükəni azaltmaq üçün…

Ukraynadan İl-76 açıqlaması: Təhlükəni azaltmaq üçün…

Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarəti davam etdirəcəyik.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək. Xüsusilə, raket buraxılış məntəqələri və Rusiya Silahlı Qüvvələrinə tədarükün maddi-texniki təminatı ətraflı şəkildə izləniləcək”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib.

Teqlər: