Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstan Baş naziri İrakli Kobaxidzenin açıqlamasına etiraz edib.
AzerTimes xəbər verir ki, XİN baş nazirin sözlərinin narahatlıq doğurduğunu bildirib.
“Ölkəmizin adının belə təhqiramiz kontekstdə hallanması Ukrayna-Gürcüstan münasibətlərinə əlavə ziyan vurur”, – deyə bildirilib.
Qeyd edək ki, bundan öncə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışan İ.Kobaxidze sözügedən qanunun Gürcüstanı ukraynalaşmadan qoruyacağını söyləmişdi.