Rusiya Hərbi Dəniz Qüvvələrinin bayrağı altında üzən gəmilər Ukrayna üçün istənilən yerdə qanuni hədəf olacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa Abxaziyadakı Rusiya bazasının Ukrayna üçün qanuni hədəf olub-olmayacağı ilə bağlı suala cavabında deyib.
“Rusiya Hərbi Dəniz Qüvvələrinin Müqəddəs Andreyev bayrağı altında üzən istənilən gəmisi bizim üçün qanuni hədəfdir. O, harada olursa olsun…”, – deyə komandan bildirib.