İndi Ukrayna ordusunun Krım körpüsünü vurmaq şansı yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Nə vaxtsa, ola bilər. Antonov körpüsünə hücum Krım körpüsünə hücumların perspektivini göstərir. Heç bir perspektiv yoxdur. Krım körpüsü üçün taktiki nüvə silahı gərəkdir. Effektiv zərbə vurmaq üçün. O da yoxdur. Əgər olsaydı belə, çətin ki, istifadə edə biləydik. Ona görə də, Krım körpüsünü unudun”, – deyə o bildirib.