Ukraynadan ərzaq daşıyan gəmilər İsrail və Türkiyəyə çatdı

Ukraynadan ərzaq daşıyan gəmilər İsrail və Türkiyəyə çatdı

Ukraynadan 65 min ton qarğıdalı daşıyan gəmi İsrailin Hayfa limanına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə “Marine Traffiс” məlumat yayıb.

Bildirilib ki, “Yasa Team” gəmisi İsrail limanından təxminən dörd dəniz milində lövbər salıb. Eyni zamanda, 5,5 min ton buğda daşıyan “T-Med” gəmisi Türkiyənin Samsun şəhərinə gəlib. 27 min ton buğda daşıyan “Glory Dina” quru yükdaşıyıcısı da Türkiyədə təyinat yerinə çatdı, gəmi İskəndərun limanı yaxınlığında lövbər salıb.

Teqlər: