Ukrayna İranın pilotsuz təyyarələrindən istifadə etməklə Yəməndə Əl-Dəbbə neft terminalına edilən hücumu pisləyir və beynəlxalq ictimaiyyəti İran silahlarının terrorçulara yayılmasının qarşısını almağa çağırır.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba brifinqdə deyib.
“Yəmənin Hadramaut şəhərində yerləşən Əl-Dəbba neft terminalına hücum, 21 oktyabr… Ukrayna bu hücumları pisləyir. Hesab edirik ki, bu, beynəlxalq hüququn və normaların kobud şəkildə pozulmasıdır. Biz Yəmən xarici işlər nazirinin iki İran PUA-nın neft obyektini vurması ilə bağlı bəyanatını nəzərə almışıq”, – deyə XİN rəhbəri bildirib.