Ukraynadan danışdıq, Putinə dedim ki, bunu etmə – Tramp

Ukraynadan danışdıq, Putinə dedim ki, bunu etmə – Tramp

ABŞ-ın prezidenti Co Bayden olmasaydı, Rusiya Ukraynanı işğal etməzdi.

AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maska müsahibəsində deyib.

“Putinlə çox yaxşı anlaşırdım və o, mənə hörmət edirdi. Biz Ukraynadan danışdıq. Mən ona dedim ki, bunu etmə. Vladimir, sən bunu edə bilməzsən. O da cavab verdi ki, heç vaxt”, – Tramp bildirib.

Onun sözlərinə Rusiya və Şimali Koreya liderlərini yaxşı tanıyır:

“Onlar ağıllı və qəddardırlar. Onlar Kamalanı (ABŞ-ın vitse-prezidenti ) və ya yuxulu Conu (Co Bayden) görəndə buna inana bilmirlər”.

Teqlər: