Ukraynadan daha 201 Azərbaycan vətəndaşı ölkəyə gətirilib (FOTO)

Bu gün Rumıniyanın Yassı hava limanından AZAL-ın növbəti təxliyə
reysi ilə 18-i körpə olmaqla, daha 201 azərbaycanlı Vətənə
qayıdıb.

Trend xəbər verir ki, bu barədə AZAL-ın mətbuat xidməti məlumat
yayıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL
hər gün həmvətənlərin ixracı üçün təxliyə uçuşları həyata keçirir.
Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.
Ukraynanı tərk etmiş ölkəmizin vətəndaşları Vətənə qayıtmaq üçün
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə əlaqə
saxlaya bilərlər”, – məlumatda qeyd edilib.

Teqlər: