Ukraynadan Budanovun vəziyyəti ilə bağlı açıqlama

Ukraynadan Budanovun vəziyyəti ilə bağlı açıqlama

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovla bağlı hər şey qaydasındadır.

AzerTimes xəbər verir ki, bunu Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

“Əla vəziyyəti, əla sağlamlığı, yaxşı iştahı var”, – o bildirib.

Yusov əlavə edib ki, Budanovla təxminən 10 dəqiqə əvvəl danışıb:

“Onun planları çoxdur, işə hazırdır”.

Qeyd edək ki, Kirill Budanovun Rusiya ordusunun Ukrayna Baş Kəşfiyyat İdarəsinin qərargahına raket zərbəsi endirməsi zamanı yaralandığı barədə məlumat yayılmışdı.

Teqlər: