Ukraynadan bu günədək 37 azərbaycanlı sürücü təxliyə edilib

Ukraynada olan azərbaycanlı sürücülərdən daha bir nəfəri təxliyə
edilib.

Bu barədə Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları
Assosasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və marketinq
şöbəsinin rəhbəri Ruslan Eldaroğlu məlumat verib.

Onun sözlərinə görə, Kiyev şəhərində qalan sürücü Əliyev Arif
Eynulla oğlunun Ukrayna hüdudlarından çıxarılması təmin edilib.

A.Əliyevin öncəki marşrut üzrə
Moldova-Rumıniya-Bolqarıstan-Türkiyədən keçməklə ölkəmizə gəlməsi
təmin olunub. Hazırda təxliyə olunan sürücü Bolqarıstan
ərazisindədir.

Qeyd edək ki, indiyə qədər 33 yük nəqliyyat vasitəsi olmaqla, 37
sürücünün təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində
iki azərbaycanlı sürücü qalıb. Onların təxliyəsi istiqamətində
dövlət orqanları tərəfindən işlər davam etdirilir.

Teqlər: