Ukraynadan bu günədək 26 azərbaycanlı sürücü təxliyə edilib

Xəbər - Fərid Zöhrabov – Trend:

Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyə edilmiş
azərbaycanlı sürücülərin sayı 26-a çatıb.

Bunu Trend-ə Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosiasiyasının (ABADA) İctimaiyyətlə əlaqələr və
marketinq şöbəsinin müdiri Ruslan Eldaroğlu bildirib.

Onun sözlərinə görə, fevral ayının 28-dən Ukraynadan təxliyə
olunan 6 yük maşını Türkiyəyə çatıb. Bundan başqa ötən gün Ukrayna
hüdudlarını tərk edən 6 yük maşını artıq Moldova ərazisindədir.

“Bugün isə Ukraynadan Moldovaya 9 yük maşını təxliyə olunur.
Həmin maşınlar artıq Ukrayna-Moldova sərhədindədir. Sürcülərin
təxliyəsi bundan sonra da davam etdiriləcək”, – ABADA rəsmisi qeyd
edib.

Twitter:@FaridZohrabov

Teqlər: