Ukraynadan Azərbaycana təxliyə olunan və koronavirusa yoluxan hamilə qadın xilas edildi

Rusiya-Ukrayna münaqişəsi səbəbilə yaşadığı Xarkov şəhərindən
çətinliklərlə 9 günə Azərbaycana yol gələn və vətənə çatar-çatmaz
koronavirusa yoluxaraq vəziyyəti ağırlaşan hamilə qadının və
körpəsinin həyatını Kliniki Tibbi Mərkəzin (KTM) həkimləri xilas
edib.

Bunu Trend
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Qeyd edək ki, 1985-ci il təvəllüdlü ana mart ayının 17-də KTM-ə
yerləşdirilib. 24 saat ərzində ananın və uşağın həyatı üçün
yaranmış təhlükə aradan qalxmadığından vaxtından əvvəl doğuşa qərar
verilib və qadın təcili əməliyyata götürülüb.

Əməliyyatı icra edən Mərkəzin mama-ginekoloqu Şölə Səfərova
bildirib ki, hamilə qadının əməliyyatı riskli olsa da, onu və
körpəsini həyata qaytarmaq mümkün olub:

“Hamiləliyinin 38-ci həftəsində ağır dərəcəli preeklamsiya
(hamiləlik patalogiyası, arterial təzyiqin yüksəlməsi, proteinuriya
və ödəmlərin olması), uşaqlığında çapıq (konservativ miomektomiya
əməliyyatından sonrakı vəziyyət) olan hamilə qadında həmçinin döl
qişalarının vaxtından əvvəl cırılması da müşahidə edilirdi.
Əməliyyat riskli olsa da qadının və körpənin həyatını xilas etməyi
bacardıq. 3500 qram çəkidə doğulan körpə qız idi.
Daha sonra ananın vəziyyəti ilə bağlı narahatlıqlar davam etdiyi
üçün həkim nəzarətinə götürüldü. Artıq hər ikisi yaxşıdır və bu
səbəbdən də evə buraxılırlar”.

Teqlər: