Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Ukrayna Beynəlxalq Hava Yolları” Azərbaycana reyslərin sayını artırır.
AzerTimes-ın şirkətə istinadən məlumatına görə, reyslərin sayı koronavirusla bağlı məhdudiyyətlərin yumşaldılması ilə bağlı artırılır.
Qeyd olunur ki, iyul ayında aviaşirkət Bakı-Kiyev-Bakı marşrutu üzrə reysləri həftədə iki dəfə həyata keçirəcək.
İyulun 13-dən başlayaraq uçuşlar çərşənbə axşamları, iyulun 24-dən isə şənbə günləri baş tutacaq.
(Tərcümə: Orxan Nəbiyev)