Türkiyə Ukraynadan Azərbaycan vətəndaşları da daxil olmaqla 2
604 nəfərdən ibarət qrupu təxliyə edib.
Trend xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlüd
Çavuşoğlu öz rəsmi “Twitter” hesabında bildirib.
“Bu gün Azərbaycan vətəndaşları da daxil olmaqla daha 2604
qardaşımız Kiyev, Xarkov, Odessa, Zaporojyt və Lvovdan yola düşüb.
Beləliklə, təxliyə etdiyimiz vətəndaşların sayı 8050-yə çatıb”, –
nazir bildirib.
O, əlavə edib ki, vətəndaşların təhlükəsiz təxliyəsi üçün
fəaliyyət davam edir.