Ukraynanın işğaldan azad edilmiş ərazilərində təmizləmə işləri davam edir və yüksək mina təhlükəsi qalmaqdadır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Həmçinin qeyd edilib ki, Ukrayna torpaqlarında düşmənin kütləvi cinayətləri, beynəlxalq humanitar hüququn və müharibə qaydalarının pozulması faktları qeydə alınır.
Mülki əhalinin döyüş bölgəsindən çıxarılması istiqamətində işlər davam etdirilir.