Ukraynadan ABŞ-a: Kompromisə getməyəcəyik!

Ukraynadan ABŞ-a: Kompromisə getməyəcəyik!

Ukrayna Silahlı Qüvvələri heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Millli ilə telefon danışığı zamanı deyib.

“Əmin etdim ki, gücümüz çatana qədər mübarizə aparacağıq. Məqsədimiz bütün Ukrayna torpaqlarını rus işğalından azad etməkdir. Biz heç bir şəraitdə bu yolda dayanmayacağıq. Ukrayna ordusu heç bir danışıqları, razılaşmaları və ya kompromis həll yollarını qəbul etməyəcək. Danışıqlar üçün yalnız bir şərt var – Rusiya işğal etdiyi bütün əraziləri tərk etməlidir”, – Zalujnı bildirib.

Teqlər: