Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz
zəngləri martın 26-na qədər uzatdı
“Azercell Telekom” MMC Ukraynada davam edən durumla əlaqədar
Azərbaycandan bu istiqamətdə tətbiq etdiyi pulsuz zənglərin
müddətini martın 26-na (26.03.2022 tarixi daxil) qədər uzatdı.
Lider mobil operator 27 fevral 2022-ci il tarixindən etibarən
hazırda Ukraynadakı Azərbaycan vətəndaşları, eləcə də
vətəndaşlarımızın bu ölkədə yaşayan qohumları ilə kəsintisiz
telefon əlaqəsini təmin etmək, onların çətin anlarında yaxınları
ilə ünsiyyətinə dəstək olmaq məqsədilə bu təşəbbüslə çıxış
edir.
Azercell bütün abunəçilərindən Ukrayna istiqamətində mobil
rabitə xəttlərində mümkün yüklənmə riskinin və pulsuz bağlantıdan
sui-istifadə hallarının qarşısının alınması məqsədilə qeyd edilən
güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.
Qeyd edək ki, Azercell daha öncə Ukraynada rominqdə olan
abunəçilərin nömrələrinin balansını artıraraq 50 azn həcmində
vəsait yükləyib. Balansartırma həm fakturalı, həm fakturasız xətt
sistemlərinə aid bütün nömrələrə şamil olub.
Şirkətin xidmət mərkəzləri 7/24 abunəçilərin xidmətindədir:
Çağrı Mərkəzi (ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt
abunəçiləri üçün (012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün
(012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi:
https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html
vasitəsilə sizi maraqlandıran suallarla müraciət edə və ya
lazımı məlumatı əldə edə bilərsiniz.