Ukraynadakı vəziyyətlə əlaqədar daha 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olunub (FOTO)

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184
vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə
edilib. Onlardan 16-sı uşaqdır.

Trend xəbər
verir ki, indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri
ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara,
ahıllara və səhhətində problem olanlara üstünlük verilib.

Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və
qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə
yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.

Qeyd edək ki, Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın
çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam
edəcək.

Teqlər: