Ukraynadakı vəziyyət tikinti materiallarının bahalaşmasına səbəb ola bilər – Ekspert

Xəbər - Fərid Zöhrabov – Trend:

Son günlər dünyada baş verən hadisələr ölkəmizin tikinti
bazarında qiymətlərin bahalaşmasına səbəb ola bilər.

Bunu Trend-ə əmlak
məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

“Ukraynada baş verən hadisələr, rublun dəyər itirməsi
qiymətlərin artmasına səbəb ola bilər. Bu hadisələr davamlı hal
alarsa, qiymətlərin sürətlə bahalaşması qaçılmaz olacaq. Çünki
ölkəmizə Rusiya və Ukraynadan tikinti materialları idxal olunur” –
deyə ekspert bildirib.


R.Osmanlının sözlərinə görə, tikinti materialları bazarındakı
qiymətlərə mövsüm də təsir göstərir:

“İşğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması,
tikinti materiallarına tələbi xeyli artırıb. Bu səbəbdən də
qeyri-mövsumi dövrlərdə də qiymət artımlarını müşahidə edirik.
Havaların istiləşməsi tikinti materialları bazarında qiymətlərin
artımına da bir qədər təsir göstərir”.

Teqlər: