Ukraynadakı vəziyyət Bakıda mənzillərin qiymətini kəskin ucuzlaşdıra bilər

Xəbər - Fərid Zöhrabov – Trend:

Rusiya və Ukrayna arasında baş verən hadisələrin ölkəmizin əmlak
bazarına təsiri qaçılmaz olacaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur
Fərzəliyev deyib.

Onun sözlərinə görə, əsasən Rusiyada yaşayan soydaşlarımızın
həmin ölkədəki bizneslərini qorumaq üçün qısa müddət sonra
Azərbaycandakı əmlaklarını kütləvi surətdə satışa çıxaracaqları
gözlənilir. Bu səbəbdən də Bakıda əmlak satışı ilə məşğul olan
ofislərə Rusiyada yaşayan azərbaycanlılar tərəfindən əmlakların
satışa çıxarılması ilə bağlı çox sayda müraciətlər daxil olur:

Ekspert bildirib ki, kütləvi surətdə daşınmaz əmlaklar satışa
çıxarılarsa və qiymətlər dəyərindən aşağı düşərsə, bu əmlak
bazarına mənfi təsir göstərəcək və daşınmaz əmlakların
qiymətlərində enmələr olacaq.


Bu bir tərəfdən ev almaq istəyən vətəndaşlar üçün əlçatanlığı
təmin edəcəksə, digər tərəfdən tikinti şirkətlərinə mənfi təsir
göstərəcək.

E.Fərzəliyev bildirib ki, Rusiya və Ukrayna arasındakı proseslər
nəinki aşınmaz əmlak hətta tikinti materialları bazarına da təsir
edəcək. Tikinti materiallarının qiymətində də ciddi artımlar
müşahidə edilə bilər.

Twitter:@FaridZohrabov

Teqlər: