Dünyada Rusiyanın Ukraynadakı müharibəsinə maraq kəskin şəkildə azalıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var: yay dövrü, uzun sürən döyüşlər və tərəflərdən birinin ciddi uğur qazanmaması.
Arestoviçin fikrincə, hərbi əməliyyatlar fəallaşan və Ukrayna Silahlı Qüvvələri hücuma keçən kimi dünya yenidən Ukraynadakı hadisələrə daha diqqətlə baxmağa başlayacaq.