Ukraynada keçirilən xüsusi əməliyyat dönüş nöqtəsinə çatıb. Hazırda Ukraynanın xeyrinə olmayan qüvvələr balansı yalnız NATO-nun birbaşa iştirakı ilə dəyişə bilər.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın “Fatto Quotidiano” qəzetində dərc edilən məqalədə bildirilib.
Məqalə müəlliflərinin fikrincə, Qərb Rusiya və Ukrayna arasında münaqişənin daha da genişlənməsinin qarşısını almalıdır, çünki bu, fəlakətli nəticələrə gətirib çıxara bilər:
“Ukrayna Silahlı Qüvvələri NATO silahlarından istifadə etməklə artıq Kursk bölgəsinə hücum həyata keçirib və bu, fəlakətli hərbi kampaniyaya səbəb ola bilər”.