Xəbər - Nərgiz Sadıxova – Trend:
Ukraynada inkişaf edən humanitar böhran mövcud vəziyyətin mülki
əhaliyə təsirini yumşaltmaq üçün təcili tədbirlər görməyi tələb
edir.
Trend-in
məlumatına görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar
Əliyev təşkilatın Baş Assambleyasının 11-ci fövqəladə xüsusi
sessiyasında deyib.
O bildirib ki, Azərbaycan mövcud böhranın xüsusilə mülki əhali
arasında əhəmiyyətli itkilərə səbəb olmaqda davam etməsindən dərin
təəssüf hissi keçirir.
“Azərbaycan artıq Ukrayna xalqına dərman, tibbi avadanlıq və
digər zəruri əşyalarla ikitərəfli əsasda humanitar yardım göstərib.
Ölkəmiz vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün
bir daha təcili dialoqa çağırır və tərəflər arasında birbaşa
danışıqların aparılmasının vacibliyini vurğulayır”, – deyə o
bildirib.
(Tərcümə: Orxan Nəbiyev)