Ukraynadakı hadisələr nəticəsində 1,5 milyondan çox uşaq qaçqın düşüb – UNICEF

Fevralın 24-dən bəri 1,5 milyondan çox uşaq Ukraynanı tərk
edib.

AzerTimes-ın məlumatına görə, bu barədə UNICEF-in press-relizində
deyilir.

“Fevralın 24-dən bəri Ukraynadakı hadisələr nəticəsində 1,5
milyondan çox uşaq qaçqın düşüb”, – deyə press-relizdə
bildirilir.

UNICEF həmçinin son həftələrdə Ukraynanı tərk etmiş uşaqların
müdafiəsi üçün tədbirləri gücləndirməyə çağırıb.