Moldova Respublikası və Polşa Respublikasından sonra Slovakiya
Respublikası da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək
istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ciddi təhlükə ilə
üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada
Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə
bilər:
– Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı
Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu
keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə
Slovakiya Respublikasına daxil olmaları mümkündür.
– Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini
münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza
tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni
zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini
(pasport) təqdim etməlidir.
– Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru
sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından
COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd)
və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə
tələb etməyəcək.
Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması
üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə
saxlanıla bilər:
· Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi
Email:
[email protected]
Telefon: +4212961050730, +421905607843
· Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri
Nazirliyi
Email:
[email protected]
Telefon: +421259783080, +421918660332
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və
Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733
nömrələri ilə və
[email protected] elektron poçtu vasitəsilə əlaqə
saxlaya bilər.
Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti
yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər
etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı
vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi
qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə
və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini
tövsiyə edir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov
şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə məlumat
əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan
Respublikasının Ukraynadakı səfirliyi tərəfindən
bildiriləcəkdir.