Ukraynadakı Azərbaycan vətəndaşları quru yolla Moldovaya keçə bilərlər – XİN

Xarici İşlər Nazirliyi Ukraynada yaranmış vəziyyətlə əlaqədar,
Azərbaycan vətəndaşlarına müraciət edib.

AzerTimes-ın məlumatına görə, XİN
Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil
məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının
vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət
edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən
uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını,
səyahətdən çəkinmələrini tövsiyə edir.

“Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız
həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir.

Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan
Respublikası vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və
Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova
Respublikasının ərazisinə keçə bilər.

Moldova tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi
keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVİD-19
pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya
COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd)
və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb
etməyəcəkdir.

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Moldova Respublikasındakı Səfirliyi ilə +373 781 81 361, +373 789
91 849, +373 222 32 277 nömrələri ilə və [email protected] elektron poçtu vasitəsilə
əlaqə saxlaya bilər.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının
Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
[email protected] elektron poçt ünvanı, Xarkov
şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və
[email protected] elektron poçt ünvanı ilə
məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan
Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcəkdir”,
– müraciətdə deyilir.

Teqlər: