Ukraynada yeraltı məktəb istifadəyə verildi – Foto

Ukraynada yeraltı məktəb istifadəyə verildi – Foto

Ukraynanın Sum vilayətində regionda ilk yeraltı məktəbin tikintisi başa çatıb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, vilayətin mərkəzində daha iki belə məktəb tikilir.

Sum Regional Hərbi Administrasiyasının məlumatına görə, yeraltı məktəb Oxtırski rayonunun icmalarından birinin ərazisində tikilib. İşlər 2024-cü ilin sonunda başa çatdırılıb.

Radiasiya sığınacağı tezliklə uşaqlara və müəllimlərə tədrisə qayıtmağa imkan verəcək. Məktəb 295 nəfər üçün nəzərdə tutulub və iki məqsədli binada yerləşir: ondan həm tədris prosesinin təşkili, həm də zəruri hallarda icma sakinlərinin müdafiəsi üçün istifadə oluna bilər.

Layihə birgə maliyyələşdirmə yolu ilə həyata keçirilib: 29,4 milyon qriven dövlət büdcəsindən, daha 1,6 milyon qrivna isə icma tərəfindən ayrılıb.

Qeyd edək ki, Ukraynada 140 belə məktəbin tikintisi planlaşdırılır.

Teqlər: